Bənzət, baxım layihəsi: yaradaraq öyrənmək -

“Bənzət, baxım” layihəsi: yaradaraq öyrənmək

27 Aprel tarixindən başlayaraq Gənclər və İdman Nazirliyi yeni layihəyə start verib. Layihə gənclərin diqqət və marağını dünya incəsənəti sahəsinə yönəltməklə bərabər, eyni zamanda, onların  özlərinin yaradıcılıq potensialını inkişaf etdirmələri üçün də gözəl imkan olacaq. Yeni və bütövlüklə on-line baş tutacaq layihənin digər bir üstünlüyü ondadır ki, indiki karantin dövründə gənclər digər ailə üzvlərini də bu  fəaliyyətə qata  və ya onların dəstəyindən istifadə edə bilərlər.

On-line müsabiqə gənclər arasında son zamanlar dəbdə olan kospley yaradıcılığına əsaslanır. Amma bu layihə daha böyük yaradıcılıq və “ixtiraçılıq” tələb edir.

Məhz buna görə məşhur rəsmləri canlandıracaq “Bənzət, baxım!” layihəsinin şüarı “Yarat, öyrən, qazan!”dır.

 Müsabiqə 12 may 2020-ci il tarixinədək davam edəcək. Bu müddətdə:

artcis.az saytında təşkilatçılar tərəfindən seçilmiş 10 rəsm əsərindən istənilən birini seçərək bənzəri yaradılmalı;

bunun fotoşəkli çəkilməli;

çəkilmiş fotoşəkli anket forması ilə birgə 12 may 2020-ci il tarixinədək info@artcis.az ünvanına göndərməlidir.

Bütün şəkillər saytda və eyni adlı Facebook və İnstaqramda yerləşdiriləcək.

Qaliblər 15 may 2020-ci il tarixdə  elan ediləcək.

Qalibləri mükafat gözləyir.

Artcis.az saytında sizə kömək məqsədi ilə indiyədək “canlandırılmış rəsm” əsərlərinin uğurlu nümunələri yerləşdirilib.

Qeyd etmək vacibdir ki, müsabiqə iştirakçısı:

öz sənədini karantin rejiminə riayət etməklə yaratmalıdır (ev şəraitində);

öz istəyinə görə təşkilatçıların təklif etdiyi rəsmdən başqa bir rəsmi canlandıra bilər. Bu halda əsərin və əsər müəllifinin tam və düzgün adı göstərilməlidir.

Ətraflı məlumat artcis.az saytında

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !