Müğənni kimdir ki, namusdan, qeyrətdən dərs keçsin – aparıcıdan qalmaqallı sözlər -

“Müğənni kimdir ki, namusdan, qeyrətdən dərs keçsin” – aparıcıdan qalmaqallı sözlər

“Roza kimilərlə ekspert olaraq oturacağamsa, o verilişi neyləyirəm?! Müğənni kimdir ki, ekspert olaraq orada otursun, camaata namusdan, qeyrətdən dərs keçsin”.
Bu sözləri aparıcı Ülviyyə Alovlu canlı yayında deyib.
O, verilişləri tənqid edərək, müğənnilərin ekspert kimi efirə çıxmasına iradını bildirib: “Nə mənası var boş-boş efirlərə çıxmağın? Camaat mənim danışmağımdan pul qazanacaq, yol pulu xərclə, makiyaja pul tök, nəyimə lazımdır? Bir normal veriliş var ki, gedib o verilişə çıxım? Qonaqlar hamısı eynidir. Qonaqları ya söymək, ya da soymaq üçün efirə çağırırlar. Özünə hörmət edənləri efirdə görmürəm, çıxırlarsa da, məcburiyyətdən çıxırlar. Roza kimilərlə ekspert olaraq oturacağamsa, o verilişi neyləyirəm?! Müğənni kimdir ki, ekspert olaraq orada otursun, camaata namusdan, qeyrətdən dərs keçsin. Müğənninin işi oxumaqdır. O müğənni gəlib oturur, millətə namusdan, qeyrətdən dərs keçirsə, günah onun özündədir. Çünki sənəti yoxdur. Sənəti olsa, ancaq sənətdən danışar. Mən onlarla necə otura bilərəm? O adamların şəxsi həyatını beş barmağım kimi bilirəm”. musavat.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !