Dadaşovlar arasında soyuq yellər əsir?- Səidənin eyhamlı paylaşımı... - -FOTO=2

Dadaşovlar arasında “soyuq yellər” əsir?- Səidənin eyhamlı paylaşımı... -FOTO=2

Yadınızda olar bəlkə də... Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın bacısı, Səidə, Leyla və Ayxan adlı üç övladı olan aktrisa Sədaqət Dadaşova Türkiyənin "Fox” telekanalında yayımlanan "Zuhal Topalla İzdivac” proqramına qatılmışdı. Əslində heç unudulacaq mövzuda deyil.
Deməli, Oqtay adlı kişi üçün proqrama qonaq olan 64 yaşlı aktrisamız müraciət etdiyi bəy barədə fikirlərini bölüşmüşdü: "Gördüm ki, yaxşı və kübar adamdır. Bəyəndiyim üçün proqrama qatılmağa qərar verdim. Oqtay bəyin anası ilə yaşadığını bilirəm. Razılaşsaq, İstanbulda onlarla yaşaya bilərəm”.

S. Dadaşovanın evlilik proqramında iştirak etməsi isə sosial şəbəkələrdə birmənalı qarşılanmadı. İnsanlar aktrisanı 64 yaşında atdığı addıma görə tənqid etdi.
Jurnalistlər aktrisanın keçmiş həyat yoldaşı Rafael Dadaşovun fikirlərini də öyrəndi. Xalq artisti açıqlamasında bildirdi ki, məsələ ilə bağlı danışmaq istəmir: "O boyda tanınmış Brilliant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib”.
Rafael Dadaşovun yas mərasimində Briliant Dadaşovanın qəzəbi...
Sonra Xalq artisti Rafael Dadaşovun yas mərasimində gərgin anlar yaşandı.
Aktyorun ailə üzvləri (qızları) jurnalistlərin evdə sənətkarın nəşini çəkməsinə qarşı çıxdı.
Brilyant Dadaşova isə ailə üzvlərinin bu addımından qəzəbləndi və etiraz edərək çəkilişə şərait yaradılmasını istədi:
"Elə bil bu evin sahibi, ailənin böyüyü yoxdur. Fındıq ailəsidir. Kim nə istəyir, onu danışır. Kimin ağzı var, danışır. Hərə öz işini görsün".
Bu azmış kimi daha sonra isə Xalq artisti Brilliant xanım kimə əsəbləşmişdisə, qəzəbinin heyifini Rəfael Dadaşovun yas mərasiminə gələnlərdən cıxdı. Onları məclisdən qovdu. Bu barədə blogger Elçin öz instagram səhifəsində yazdı:
"Xalq artisti Rafael Dadaşovun yasından hamı qovuldu. Rayondan uzaq yol gələn insanların çay-halvası qabağında qaldı. Ahıl yaşda insanlar, aparıcılar olan bir yerdə Brilliant xanım "yas qutardı, artıq durun hamınız gedin" dedi. Camaat da ayağa qalxdı və hamı Rafael Dadaşovun evini tərk etdi. Allah rəhmət eləsin dəyərli sənətkar, ruhun şad olsun. Amma biz çayxanaya, qəlyanxanaya gəlməmişdik bizə durun çıxın deyilsin".
Mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova "Instagram” hesabında maraqlı bir paylaşım edib: "Artıq bizi tərk etdiyin 40 gündür... Sənin haqqında "öldü” ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam. Ona görə də "tərk etdi” ifadəsini deyirəm”.
İllər öncə atası ilə birgə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşən Səidə ürək sözlərini yazıb və bəzi gizlin eyhamlar sosial şəbəkə izləyicilərinin diqqətindən yayınmayıb. Paylaşıma diqqət edin:
"Axı sən ölməmisən,mənim ürəyimdə yaşayırsan. 40 gün öncə,16 mart, o tarix hər zaman ürəyimdə yara olacaq. Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yola saldığımız səhər... Mənim dünyam da söndü.
Yoxluğundan istifadə edib, bilib-bilmədiklərini danışdılar. Buna əslində, çox təəccüb etmədim. Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behişt olsun, atam. Mənə demişdin:"Qızım, güclü ol, çünki mənim qızımsan”. Sənə söz verdiyim kimi olacam. Ölməz, əfsanəvi atam”.
Qeyd edək ki, R.Dadaşovun əmisi qızı, Xalq artisti Brilliant Dadaşova bundan öncə sosial media hesabında aktyorun fotosunu paylaşaraq bu sözləri yazmışdı:
"Sənin qoxun indi də burnumdan getmir.Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinləöz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər.
Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər. Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki iki ay”.
Nə baş verir?
Bütün gizlinlər heç vaxt sona qədər gizlin qalmadığı ücün bir gün bu gizlinin də aşkar olacağına şübhəmiz yoxdu. Amma hələ ki. Dadaşovlar arasında "soyuq və qara yellər” əsməkdə olduğunun hər kəs fərqindədir.
Son: Qeyd edək ki, Səidə ilə xalası arasında inciklik hər zaman olub və davam edir. Buna səbəb Brilliant Dadaşovanın Səidəni müğənni kimi qəbul etməməsidir. adalet.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !