Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb - (+FOTO=2)

Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb (+FOTO=2)

Daim pasiyentlərin rahatlığını düşünən Mərkəzi Gömrük HospitalıTeletibb xidmətini tətbiq edib.Artıq karantin müddətində və ya özünütəcrid zamanı evdə qalanpasiyentlər Mərkəzi Gömrük Hospitalının həkimləri ilə Teletibb xidməti vasitəsi ilə canlı bağlantı quraraq onların distant məsləhətini ala bilərlər.

Distant məsləhəti almaq üçün pasiyentMərkəzi Gömrük Hospitalının https://customshospital.azveb səhifəsinə daxil olaraq Həkimlər bölməsində tibbi bağlantı qurmaq istədiyi həkimin səhifəsində Teletibb düyməsivasitəsi ilə müraciət edə bilər. Bu xidmət ilk növbədə, karantin dövründə insanların rahatlığı, yəni evdən çıxmadan tibbi yardım üçün müraciət etməsi məqsədilə tətbiq olunub.

Karantin zamanı Mərkəzi Gömrük Hospitalının Teletibb xidmətindən pulsuz istifadə etmək olar. Bu proqram haqqında ətraflı məlumat almaq üçün (012) 404-08-08 nömrəsinə zəng vuraraq və ya(050) 404-08-08 WhatsApp nömrəsinə yazaraq ətraflı məlumat almaq mümkündür.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !