NRYTN Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşuldu - - FOTO

NRYTN Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşuldu - FOTO

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də qoşuldu.

Aksiyaya könüllü qatılan əməkdaşların sağlamlıq vəziyyəti həkim-hemotoloqlar tərəfindən yoxlandıqdan sonra müvafiq tibbi tələblərə uyğun olanların aksiyada iştirakına icazə verilib.
Bununla da nazirliyin əməkdaşları qanvermədə iştirak edərək qan ehtiyatının artırılmasına dəstək olublar.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq könüllü qanvermə aksiyası keçirir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !