Gülağa Tənha - "Tənha idi..." KLİP

Gülağa Tənha "Tənha idi..." KLİP

Azpress.az - saytı xeyriyyəçi - şair Gülağa Tənha yaradıcılığına müraciət olunmuş növbəti kompazisiyanı təqdim edir. Bəstəkar: Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, ifa: Səidə Sultan. Gülağa Tənha poeziyasına nəzər saldıqda, əsas leytmotiv vətənpərvərliklə bərabər "Tənhalıq" olduğunu da görürük və bu Şairin daxili aləmindən xəbər verir...

 

 


TƏNHA İDİ…

Yola baxan, izə baxan,
Dağa baxan, düzə baxan,
Darıxanda gözlərini
Xatırladan gözə baxan
Tənha idi.
Bu, sevdadı…
Sevdalıtək
Ovundurub qəhərini,
Hər dan üzü səhərini
Əzizləyən Tənha idi.
Ayın sarı saçaqları
Ayağına dolaşanda,
Sənə sarı yollar yoran,
Bələn-bələn dolaşan da
Tənha idi.
Sellər kimi, sular kimi
Aşıb-daşan Tənha idi…
Dərdi ilə, qəmi ilə
Pıçıldaşan Tənha idi…
Səndən ayrı düşən anın
Əlləriylə suç eləyən,
Tənha Gülağa Tənhanın
Uğuruna su çiləyən
Tənha idi…
Bakı, mart, 2006

 

 

Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !