AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları Aerokosmik Zondlama vasitəsilə meşələrin kompleks monitorinqini həyata keçirir - (+FOTO=2)

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşları Aerokosmik Zondlama vasitəsilə meşələrin kompleks monitorinqini həyata keçirir (+FOTO=2)

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağınınəməkdaşları xüsusi karantin rejimi şəraitində Aerokosmik Zondlama Məlumatları və Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə meşələrin kompleks monitorinqini həyata keçirir.Belə ki, aparılan tədqiqatlar hesabına Aerokosmik Zondlama texnologiyalarının geniş imkanları sayəsində, meşələrin vəziyyətini, inkişaf dinamikasını, xlorofil tərkibini və s.qiymətləndirmək mümkündür.
Tədqiqat ərazisi olan Samur-Yalama Milli Parkında meşə və kolluq bitkiliyinin inkişaf dinamikası öyrənilmiş, antropogen təsirə məruz qalan ərazilər müəyyən edilmişdir.Tədqiqatların nəticələri əsasında meşə ekosistemində baş verən proseslərə təbii və antropogenamillərin təsir dərəcəsi qiymətləndirilmişdir.
Əldə olunan elmi yeniliklər gələcək proseslərin proqnozlaşdırılmasında vəümumilikdə biomüxtəlifliyin davamlı idarəedilməsi və qorunması ilə bağlı yeni strategiyalarınişlənib hazırlanmasında mühüm rol oynayacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !