Gənclər könüllülərlə videokonfrans formatında görüş keçirilib - (AZpress.AZ - Əlihüseyn Şükürov)

Gənclər könüllülərlə videokonfrans formatında görüş keçirilib (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallı Rayon Heydər Əliyev Mərkəzi və Masallı Rayon Gənclərin İnkişafı və Karyera Mərkəzinin (MRGİKM) birgə təşəbbüsü ilə "Gənc könüllülərin asudə vaxtlarını səmərəli keçirməsi" mövzusunda görüş təşkil edilib.
Videokonfrans formatında keçirilən görüşdə Heydər Əliyev mərkəzinin direktoru Dilbər İbayeva, mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə ilə yanaşı, MRGİKM-nin rəhbərliyi və əməkdaşları, o cümlədən direktor Vafiq Xəlilov, təlim-tədris işləri üzrə mütəxəssis Cavidan Səfərli, könüllülərlə iş üzrə mütəxəssis Gündüz Abbasov, həmçinin könüllülərdən Uğur Ağazadə, Məryəm Dadaşzadə və Əsra Yusifli iştirak ediblər.
Videokonfrans zamanı gənc iştirakçılarla karantin rejimi dövründə asudə vaxtın səmərəli təşkili mövzusunda müzakirələr və fikir mübadiləsi aparılıb.
Gənclər mövzu ilə bağlı onlara ünvanlanmış müxtəlif sualları cavablandırıb, məsələ ətrafında maraqlı fikirlər səsləndiriblər.
Sonra gənclərə pandemiya təhlükəsilə əlaqədar sosial izolyasiya və karantin rejiminin qaydalarına uyğun davranmaq və asudə vaxtların faydalı təşkili istiqamətində müvafiq tövsiyələr verilib.
ƏLİHÜSEYN ŞÜKÜROV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !