Evdə qal, təbliğatdan qalma! virtual təbliğat kampaniyası - (AZpress.AZ - N.Dilaver)

“Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyası (AZpress.AZ - N.Dilaver)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində gənclərin Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında biliklərini artırmaq, eyni zamanda bu sahədə aparılan təbliğat işində onların iştirakçılığını yüksəltmək məqsədilə “Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyasına başlayıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi gəncləri mövcud vəziyyətdə yaranmış asudə vaxt imkanından faydalı istifadə etməyə, “Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyasına aktiv şəkildə qoşulmaqla Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və müxtəlif xarici dillərdə birliyin rəsmi “virtualkarabakh.az” portalında, “virtualkarabakhtv” youtube kanalında və rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/virtualkarabakh/) nümayiş etdirilən Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında obyektiv məlumatlarla tanış olmağa, bu məlumatları sosial şəbəkələrdə paylaşmağa, Azərbaycan və Qarabağ həqiqətlərinin həm yerli, həm də beynəlxalq səviyyədə təbliğ edilməsində yaxından iştirak etməyə çağırır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !