Bakıda 15 yaşlı qız hamilə qaldı -

Bakıda 15 yaşlı qız hamilə qaldı

Polis Bakının Nərimanov rayonunda qeydə alınan erkən hamiləlik faktını araşdırır.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlum olub ki, hamiləliyin 9-cu ayında olan P.R. (2005-ci il təvəllüdlü) mayın 1-də xəstəxanaya daxil olub.
Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər.
Ancaq qızın yetkinlik yaşına çatmamış olması cinayət işi üçün əsas yaradır, çünki cinsi əlaqə zamanı P.R 14 yaşında olub.
Hazırda yeniyetmənin hansı şəraitdə cinayət qurbanı olduğu müəyyənləşdirilir.
Qeyd edək ki, 16 yaşına çatmamış şəxslə cinsi əlaqə qurmaq və məcburi evlənməyə görə cəza tədbirlərinin olmasına baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də geniş tətbiq olunur. oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !