Kim Çen In ortaya çıxdı - -FOTO=2

Kim Çen In ortaya çıxdı -FOTO=2

Şimali Koreyanın ölüm xəbəri yayılan rəhbərinin görüntüləri yayılıb.
Koreya Əmək Partiyasının rəsmi mətbu orqanı “Nodon sinmun” ölkə lideri Kim Çen Inın son 20 gün ərzində ilk dəfə onun iştirakı ilə keçirilən ictimai tədbir zamanı çəkilmiş fotoşəkillərini dərc edib.
Fotolar mayın 1-də Pxenyan yaxınlığındakı Sunçxon şəhərində baş tutan gübrə zavodunun tikintisinin başa çatdırılması mərasimində çəkilib. Cənubi Koreya, Yaponiya və Qərb KİV-də ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan şayiələrə baxmayaraq, Kim Çen In şən və gümrah görünür. Bir neçə fotoda tədbirin keçirilmə tarixini əks etdirən “1 may 2020-ci il” yazılı banner də yer alıb.
Qeyd edək ki, son günlər Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı iddialar dünya mediasının gündəmini zəbt edib. Bəzi media orqanları onun öldüyünü, digər mənbələr isə əməliyyat olunduqdan sonra villasında müalicəsini davam etdirdiyini yazıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !