Milyarder Bakıdakı iqamətgahını 15 milyona satışa çıxardı - -FOTO=14

Milyarder Bakıdakı iqamətgahını 15 milyona satışa çıxardı -FOTO=14

Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb.
Bu barədə əmlak satışı saytlarında elan yerləşdirilib.
Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayı yaxınlığında yerləşən klassik üslubda modern və gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub.
İqamətgahın mevə və dekorativ ağacları olan bağı da var.
Satışa çıxarılan iqamətgahın fotolarını təqdim edirik.
publika.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !