O, Sumqayıtın Fəxri vətəndaşı olmağa layiqdir! - - Rəhman Orxan iddia edir (+FOTO=7)

O, Sumqayıtın Fəxri vətəndaşı olmağa layiqdir! - Rəhman Orxan iddia edir (+FOTO=7)

Sumqayıtdan seçilmiş ən işgüzar, ən qayğıkeş Millət vəkili - MUXTAR BABAYEV! Özünü son illər (2010-2018-ci illər) daha çox sumqayıtlı hesab edən, şəhərimizin abadlığı, idman həyatının canlanması, Sumqayıtın eyni adlı komanda kimi yenidən öz futbol ənənəsini bərpa və davam etdirməsi üçün çox böyük işlər görmüş Muxtar müəllim!

Bu, danılmaz bir həqiqətdir ki, Milli Məclisin Sumqayıtdan seçilmiş heç bir deputatı indiyədək Muxtar müəllim qədər gərgin və fədakarlıqla çalışmamış, şəhərimiz üçün bu qədər faydalı işlər görməmişlər.

Bu gün o, çox sevdiyi Sumqayıtdan yüksəlmiş nazirdir - Ekologiya və Təbii sərvətlər naziri! Ancaq sumqayıtlıların yaddaşında o, həmişəlik olaraq Sumqayıtın kimya sənayesini dirçəldərək, büsbütün yeniləşdirmiş, müasirləşdirmiş yenilikçi, işgüzar bir "Azərikimya" İB rəhbəri kimi qalır və həmişə də belə qalacaq.

Təsadüfi deyil ki, 2018-ci ilin aprelində yeni, yüksək vəzifəyə gedərkən sumqayıtlılar onu böyük ehtiramla yola salmış və çox haqlı olaraq bir fikir səsləndirmişdilər ki, Muxtar Babayev özünün bütün səmərəli fəaliyyəti ilə Sumqayıtın Fəxri vətəndaşı seçilməyə layiqdir! Çox istərdik və inanırıq ki, belə də olacaqdır! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !