Bakıda icazəsiz taksi fəaliyyəti göstərənlər - CƏRİMƏLƏNƏCƏK

Bakıda icazəsiz taksi fəaliyyəti göstərənlər CƏRİMƏLƏNƏCƏK

"Bakı şəhərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati məsuliyyətə cəlb olunması mexanizmi hələlik dəqiq deyil".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Sədr qeyd edib ki, bu sahədə qanunvericiliyə dəyişikliklər hazırlanır:
"Bilirsiniz inzibati məsuliyyətə cəlb olunma dəqiq bilinməlidir. Məsələn, Türkiyədə icazəsiz taksi fəaliyyətinə dair cərimə 5000-6000 TL-dir. Biz xarici təcrübəni də nəzərdən keçiririk. Çalışacağıq ki, qısa zamanda hökümətə təklifləri göndərək". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !