Ürək xəstələri - Covid-19-un təsirindən necə qorunmalıdırlar?

Ürək xəstələri Covid-19-un təsirindən necə qorunmalıdırlar?

Bəşəriyyət Covid-19 adlı dəhşətli fəlakətlə üz-üzə qalıb. Geniş yayılmış koronavirus pandemiyanın təsiri bütün ölkələrin sosial-iqtisadi həyatında da dərin izlər buraxır.Çox təəssüf ki, bu fəlakət bizim ölkədən də yan keçməyib. Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətimizin atdığı addımlar hər birimizdən ayıq olmağı tələb edir. Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir.Məlumdur ki, bu infeksiya daha çox yaşlı və xəstə insanlara təsir edir. Ürək xəstəlikləri olan insanlar koronavirusdan necə qorunmalıdırlar? Bu və digər suallar ətrafında Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Hacıbalayev öz məsləhətlərini sizinlə bölüşür.

-Koronavirus xəstəliyi virusa yoluxmuş insanın öskürməsi və yaxud asqırması zamanı ətrafa yayılan hava-damcı yolu ilə çirklənmiş səthlərə təmas və toxunma yolu ilə ötürülür. Gigiyenik və karantin qaydalarına ciddi riayət etməklə bu virusla mübarizə aparmaq mümkündür. Maskadan, üz sipərlərindən istifadənin, əlləri yumağın və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə dezinfeksiya etməyin, ən azı 2 m. məsafənin saxlanılmasıüsulları ilə bütün dünyada koronavirusla mübarizə aparılır.

Yeni tip koronavirus əsasən aşağı tənəffüs yollarını yoluxdurur və ağır hallarda sətəlcəm və ağır tənəffüs çatışmazlığı yaradır. Qeyd edək ki, ürəyin zədəlnməsi ilə olan hallar da az deyil. Covid-19 xüsusi ACE-2 reseptorlara birləşib bədənə daxil olur. Bu reseptorlar ürək əzələlərin də yerləşir. Risk qrupuna əsasən yaşlılar,ürək catışmazlığından əziyyət çəkən, yüksək təzyiqi olan, ürəyin işemik xəstəliyi olan insanlar da daxildir. Covid-19 infeksiyasının ürək damar sisteminə təsiri-əsas miokardit - ürək əzələsinin iltihabi zədələnməsidir. Bu zaman aritmiyalar venoz trombozu kimi birbaşa və ya dolayısıyla ağırlaşmalar yarada bilir.

Ürək xəstələrirə məsləhətedirəm ki, təcili hal olmadan evi tərk etməsinlər, kütləvi yerlərdən uzaq dayanmağa çalışsınlar, gündəlik dərmanların qəbulunu davam etsinlər, lazım olarsa müalicə həkimi əlaqə yaratsınlar. Epidemioloji durum tam sabit olana qədər bütün sanitar-gigiyenik normalara ciddi əməl etsinlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !