Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi aztəminatlı ailələrə yardımı davam etdirir. -

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi aztəminatlı ailələrə yardımı davam etdirir.

Koronavirus pandemiyası dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaradılan Azərbaycan evləri və ayrı-ayrı diaspor təşkilatları aztəminatlı və həssasəhali qruplarına dəstək göstərməkdə, humanitar aksiyalar həyata keçirməkdədavam edirlər.
COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə sosial təcrid şəraitində yaşayan aztəminatlı və çoxuşaqlı ailələrə, ahıl insanlaradəfələrlə yardım edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi bu dəfə Telavi rayonunun Qaracalar kəndində yaşayan 100 azərbaycanlı ailəsinə ərzaq bağlamaları paylayıb.
GAİM rəhbərliyi Telavi rayonunun meri Şota Nareklişviliyə məktub ünvanlayaraq humanitar aksiya barədə məlumat verib. Ərzaq dəstəyi kənd məscidi vasitəsilə həyata keçirilib.
Məscidin rəhbəri Veysəl Orucov Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) təşəkkürunu bildirib.
Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !