AQTA qida məhsulları idxalçılarını ödənişsiz videotəlimlərə dəvət edir -

AQTA qida məhsulları idxalçılarını ödənişsiz videotəlimlərə dəvət edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimləri davam etdirir.

Mayın 6-da, saat 16:00-da keçiriləcək növbəti videotəlimdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS)  idxal modulu, moduldan istifadə qaydaları və onun üstünlükləri
ilə bağlı müzakirələr aparılacaq, qida məhsullarının idxal proseduru ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlar (012) 377-00-77 (203, 222) və (051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !