Tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalanıb -

Tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət  tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən  plastik məmulatların istehsalı sexinə məxsus olduğu məlum olub. Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, sexdə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !