Qələbə naminə adlı onlayn tədbir – sərgi keçirildi - (+FOTO=6)

“Qələbə naminə” adlı onlayn tədbir – sərgi keçirildi (+FOTO=6)

07 May 2020- ci il tarixində Azərbaycan İstiqlal Muzeyində İkinci Dünya Müharibəsində Qələbənin əldə edilməsinin 75- ci ildönümü münasibəti ilə əlaqədar “Qələbə naminə” adlı onlayn tədbir – sərgi keçirildi. Bu gün eyni zamanda Azərbaycan İstiqlal Muzeyi Rusiya Federasiyası Böyük Vətən Müharibəsinin təşkil etdiyi video konfaransda iştirak edərək “Azərbaycanın Qələbədəki rolu” haqqında muzeyin baş mühafizi Aida Axundova konfrans iştirakçılarna məlumat vermişdir.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan “Qələbə naminə” adlı onlayn sərgidə muzeyin fondlarında saxlanılan müharibəyə həsr olunmuş 30 ədəd afişa, müharibəyə aid silah nümunələri nümayiş etdirilir.
Tədbiri çıxış sözü ilə muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli açaraq Azərbaycanın qələbədəki rolu haqqında onlayn izləyicilərə məlumat verdi.
Tədbirdə Heydər Əliyev fondunun dəstəyi ilə çəkilmiş, layihə rəhbəri Arzu Əliyeva olan “Hədəf Bakıdır. Hitlerneftuğrundadöyüşünecəuduzdu” adlı sənədli film nümayiş olundu.
Sonda onlayn izləyicilər üçün sərgidən ekskursiya təşkil edildi.
Tədbir sərgidə Lənkəran, Masallı, Tovuz və Sumqayıt şəhər və rayonlarının məktəbliləri və digər qonaqlar onlayn olaraq iştirak etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !