212 Azərbaycan vətəndaşı Bakıya gətirilmişdir - - FOTO

212 Azərbaycan vətəndaşı Bakıya gətirilmişdir - FOTO

7 may 2020-ci il, Bakı – 7 may tarixində Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilmişdir. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilmişdir.

Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilmişdir.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !