AKADEMİK İSTİLƏŞMƏ BARƏSİNDƏ İCTİMAİ TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB - (+VIDEO)

AKADEMİK İSTİLƏŞMƏ BARƏSİNDƏ İCTİMAİ TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB (+VIDEO)

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İctimai televiziya kanalında "Sabahin xeyir Azərbaycan" verilişinin qonağı olub.
Havaların ildən-ilə istiləşməsindən danışan akademik, hərarətin 2,3 dərəcə artması ilə əsrin sonunda planetdə baş verə biləcək qlobal təhlükələrdən - biomüxtəlifliyin pozulması, bitki örtüyünün dəyişməsi, yağıntıların azalması nəticəsində quraqlıq, səhralaşma proseslərinin labüdlüyündən, bəzi ölkələrdə hərarətin dözülməz həddə çatacağından, eləcə də, istiləşmənin Azərbaycanda təzahürlərindən söhbət açıb.
İqlim dəyişmələrinin yeni virusların, mutantların yaranmasına səbəb olduğunu vurğulayan alim Covid-19 yeni növ koronovirusun yaranma problemini də istiləşmə ilə əlaqələndirib.
Videoya buradan baxa bilərsiniz
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !