Gülağa Tənha - 8 may

Gülağa Tənha 8 may

           Bu gün Şuşanın alınması günüdür! Necə də təsirli və kədərli cümlədir, deyilmi?! Bu cümlə 1992 - ci ildən bu günə kimi hələ də bu şəkildə yazılmağa davam edir... Həyacan təbili çalınacaq dərəcədə  çox vacib məsələni qeyd edirik ki, ermənilər dayanmadan xarici və rus xəbər saytlarında tarixdə olmayan yalanlarla Qarabağın daim onların olmasını qeyd edirlər. 2019 - cı ildə Azərbaycanın dövlət büdcəsi 19 milyarddırsa Ermənistanda 4 milyarddır. Müxtəlif sahələrdə onlardan üstün olduğumuz halda informasiya müharibəsində niyə onlardan geri qalaq ki? Dövlət proqramı tərkibində xüsusi diqqət ayrıraraq, olduqca sadə üslubda bu işin öhdəsindən gəlmək mümkündür: yüksək səviyyədə Dünya və Azərbaycan tarixini bilən alimlər, xarici dil bilən peşakar jurnalistlər və sevgi...Vətən sevgisi! 

 


Gəlin qısa da olsa Şuşamızın tarixinə nəzər salaq:

 

Qarabağ xanlığının bünövrəsi 1750-ci ildə Pənahxan tərəfindən qoyulubdur. Xanlığın paytaxtı Şuşa elan edilmişdir.
Rayon kimi yaranma tarixi – 08.08.1930
Ərazisi 0.29 min km2
Əhalisinin sayı 33484 (01.06.2017)
Əhalinin sıxlığı – 1 km2 102
Şuşa rayonu ilə Bakı şəhəri arasında olan məsafə 373 km
08 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.

 

 

Əsir düşmüş ABİDƏLƏR


Tarixi-dini abidələri 
Hacı Yusifli məscidi (XVIII) – Q.İsmayılov küçəsi (İNV № 5089) 
“Çöl Qala” məscidi (XVIII əsr) – Keçmiş Kuybışev küç. (İNV № 5103) 
Xoca Mərcanlı məscidi (XVIII əsr) – Sabir küç. (İNV № 5137) 
Quyuluq məscidi (XVIII əsr) – Keçmiş Şaumyan küç. (İNV № 5146) 
Seyidli məscidi (XVIII əsr) – Keçmiş Telman küç. (İNV № 5151) 
Məscid (XVIII əsr) – Keçmiş Əmiryan küç. Çuxurlu məhəlləsi (İNV № 5068) Mərdinli məscidi (XIX əsr) – A.Qaraşərov küç. (İNV № 5077) 
Culfalar məscidi (XIX əsr) – Ü.Hacıbəyov küç. (İNV № 5092) 
Mamay məscidi (XIX əsr) – Q.Əsgərov küç. (İNV № 5166) 
Köçərli məscidi (XIX əsr) – Keçmiş Sovet küç. (İNV № 5145) 
Malıbəyli məscidi (XIX əsr) – Malıbəyli kəndi (İNV № 5056) 
Alban kilsəsi (XIX əsr) – Qeybalı kəndi (İNV № 5059)
Alban kilsəsi (XIX əsr) – Daşaltı kəndi (İNV № 5057)
Kilsə qalıqları - Q.Pirimov küç. (İNV № 5041) 
Qız monastırı (XVIII-XIX əsrlər) – Şuşa şəhəri, keçmiş Qorki küç. 
Qazançı kilsəsi (XIX əsr) – Haqverdiyev küç. (İNV № 358)
Qaybalı məscidi (XIX əsr) – 
Şirlan məscidi (XIX əsr) – 
Yuxarı məscid mədrəsəsi (XVIII əsr) – Vəzirov (İNV № 360)
Mədrəsə (XVIII əsr) – Keçmiş Krupskaya küç. (İNV № 369)

 

Ziyarətgahlar


Turbə - Şuşa şəhəri (İNV № 5042) 
Heydər türbəsi - Şuşa şəhəri (İNV № 340) 
Həzrət Əli kahası (Nəzir kahası)
Həzrət Abbas şəfa ocağı
Saqqaxana və Pirgah pirləri 
Seyid Mirfəsih türbəsi 
Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı 
Çuxur məhəllədə iki minarəli şəfa ocağı 
Qasım ağanın ocağı 
Seyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı

 

 

Tarixi memarlıq abidələri


Kurqan (Tünc dövrü) – Şuşa şəhərinin şimal-qərbində (İNV № 1770) 
Şuşa və Şuşakənd daş qutusu qəbirləri (son tunc və ilk dəmir dövrü) - Şuşa şəhəri və Şuşa kəndinin yaxınlığında (İNV № 1771)
Daş qutusu nekropolu (dəmir dövrü) - Qarabulaq kəndi (İNV № 1773)
Nekropol (Son Tunc və İlk Dəmir dövrü) – Dolanlar kəndi (İNV № 1774)
Qala divarı (uzunluğu 8 kilometr, 1754-cü il) – Şuşa şəhəri (İNV № 337)
Pənah xanın sarayı (XVIII əsr) – Şuşa şəhəri (İNV № 338)
Qara Böyük Xanım bürcü (XVIII əsr) – Şuşa şəhəri (İNV № 339)
Hacıqulların malikanəsi (XVIII əsr) – Şuşa şəhəri (İNV № 341)
Natəvanın evi (XVIII əsr) – Şuşa şəhəri, keçmiş Lenin küç. (İNV № 342)
Əsəd bəyin evi (XVIII əsr) – Şuşa şəhəri, keçmiş Voroşilov küç. (İNV № 343)
İkimərtəbəli karvansara (XIX əsr) – Şuşa şəhəri, mərkəzi meydan (İNV № 346)
Mehamandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr) – Şuşa şəhəri (İNV № 347)
İbrahim xanın bürcü (XVIII əsr) – Şuşa şəhəri (İNV № 348)
İsa bulağı (XIX əsr) – Şuşa şəhərinin yaxınlığında (İNV № 349)
İbrahim xanın qəsri (XVIII əsr) – Daşaltı kəndi (İNV № 350)
M.P.Vaqifin məqbərəsi (XX əsr) – Q.Quliyev küç. (İNV № 367)


Bir vaxt Qarabağ xanlığının paytaxtı olmuş Şuşamızı yad edərək sözləri Gülağa Tənhaya aid olan əsərləri dinləməyə dəvət edir, əsla keçmişi UNUTMAMAĞA çağırırıq! Çünki tarix boyu başımıza gələn bəlalar keçmişi unudub və ya göz yumduğumuz səbəbindən baş vermişdir!

 

 

1) Şur – Şahnaz təsnifi, ifa edir: Xalq artisti Mənsum İbrahimov
2) İfa edirlər: Əməkdar artistlər İlkin Əhmədov və Bəyimxanım Vəliyeva

                           

                            *  *  * 

 
Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.

Heyran etmiş hamını ruhu saran şərqilərin,
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.

Çox olub xoş günümüz, növrağımız qoynunda,
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.

Tarixin dəftərinə yazmısan öz adını sən,
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.

Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım,
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.

Qaniçən yağı dilər ki, səni bizdən ayıra,
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.

Millətim birləşərək yurdumu azad edəcək,
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.

Moskva, 5 yanvar 1998

 

 

 3)

Söz: Gülağa Tənha 
İfa: Samir Salam

 

"HANI QARABAĞ, HANI?"

Göy üzünə çəkilən qara bulud deyir ki,
Dilinə düyün düşən dilsiz sükut deyir ki,
Qolunu qandal kəsən neçə ümid deyir ki:
«Hanı Qarabağ, hanı?»
Yağı tapdağı altda qalan torpaq ağrıyır,
Külü göyə sovrulan sönmüş ocaq ağrıyır,
Qaysaqlamaz yarada qanlı bıçaq ağrıyır: 
«Hanı Qarabağ, hanı?»
Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,
Dərdin əlindən tutub tale biçənlər deyir:
«Hanı Qarabağ, hanı?»
Uluların narahat röyası haray çəkir,
Xan qızı Natəvanın naləsi haray çəkir,
Nə müddətdi Nəvvabın nəvası haray çəkir:
«Hanı Qarabağ, hanı?»
Bət-bənizi saralan qönçəsiz gül soruşur,
Sarı simi yandıran «Süsən-sünbül» soruşur,
Sinəsinə xal düşən Xarı bülbül soruşur:
«Hanı Qarabağ, hanı?»
Yollar boyu quruyan qara daş da soruşur,
Ömrə ağır yük olan il də, yaş da soruşur,
Anaların üzündə yanan yaş da soruşur:
«Hanı Qarabağ, hanı?,
Hanı Qarabağ, hanı?»…

 

20 yanvar, 2002

 

 

 hazırladı: Ağa Məhəmməd Aman

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !