MƏN ANLADIM Kİ, ŞƏHƏRİ GÖZƏLLƏŞDİRƏN İNSANLARDIR. - Fərqanə Qasımlı bildirir (+FOTO=42)

MƏN ANLADIM Kİ, ŞƏHƏRİ GÖZƏLLƏŞDİRƏN İNSANLARDIR. Fərqanə Qasımlı bildirir (+FOTO=42)

  “Covid-19” adını alan ümumbəşəri bəla bütün dünya şəhərlərini bir-birinə oxşatdı. Qloballaşan dünyada Bakının görüntüləri başqa şəhərlərdən heç də fərqlənmirdi. Boş küçələr, bağlı restoranlar, mağazalar, əyləncə mərkəzləri, parklar və s. İlk çəklişə martın 24-26 aralığında getdim. Ancaq “evdə qalın” çağrışına baxmayaraq parklarda, küçələrdə insanlar heçnə baş verməmiş kimi həyatlarına davam edirdilər. Aprelin 3-ü isə Bakı Milan, Paris, Nyuyork, Londondan və xəbərlərdən izlədiyimiz bir çox meqapolislərdən seçilmirdi. Boş küçələrdə qurulan polis kordonları və ətrafda gəzişən tək –tük ağzı maskalı, əli əlcəkli insanları yalnız açıq olan market və apteklərdən alış-veriş edərkən görmək mümkün idi. Turistlərin və yerli sakinlərin yemlədikləri pişiklər və göyərçinlər ac qalmışdılar. Pişiklər harda insan görsə ona doğru qaçıb sanki nə isə demək istəyirdilər. Dənizkənarı milli park isə bəlkə də yarandığı tarixdən bu günə kimi heç belə yalnız tənha qalmamışdı.
MƏN ANLADIM Kİ ŞƏHƏRİ GÖZƏLLƏŞDİRƏN İNSANLARDIR.
Fərqanə Qasımlı. photographer.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !