Mərkəzi Gömrük Hospitalınınoftalmoloqu Aynurə Əliyeva canlı yayımda çıxış edəcək -

Mərkəzi Gömrük Hospitalınınoftalmoloqu Aynurə Əliyeva canlı yayımda çıxış edəcək

 Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı oftalmoloqu, t.f.d. Aynurə Əliyeva 20 may 2020-ci il tarixində saat 15.00-da “Gözlərin koronavirus COVİD-19 infeksiyasından qoruması qaydaları” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).
Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsiləünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.Dr. Aynurə Əliyeva 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında həkim-oftalmoloq kimi çalışaraq oftalmoloji xəstəliklərin diaqnostika və terapiyasını həyata keçirir.
Qeyd edək ki, Dr. Aynurə Əliyeva 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, 12007-2008-ci illərdə akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz xəstəlikləri İnstitutunda internatura təhsili alıb. 2009-2011-ci illərdə Rusiyanın Moskva şəhərində akademik. S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Dövlət Elmi Tədqiqat Texnoloji Kompleksində klinik ordinatura təhsili alıb. Dr. Aynurə Əliyeva 2015-ci ildə O, 2008-2016-cı illərdə özəl tibb müəssisələrində həkim-oftalmoloq kimi fəaliyyət göstərib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !