ŞAHMAT - Rəcəbov Anand və Nakamuraya qarşı - (AZpress.AZ- Intiqam Memmedov)

ŞAHMAT - Rəcəbov Anand və Nakamuraya qarşı (AZpress.AZ- Intiqam Memmedov)

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 6 komandanın iştirakı ilə Millətlər Kuboku (Online Nations Cup) uğrunda rapid şahmat turniri keçirir. 4 gün öncə startı verilən və iki dövrədən ibarət olan bu onlayn yarışda Rusiya, Çin, Hindistan, Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa və Dunya yığması mübarizə aparır. Mükafat fondu 180 min dollar təşkil edən turnirin bizlər uçun diqqət çəkən məqamlarından biri azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun yarışa qatılmasıdır. Son Dunya Kubokunun sahibi adını daşıyan həmyerlimiz Dünya yığmasının heyətində yer alaraq, birinci lövhədə çıxış edir. Təəssüflər olsun ki, Rəcəbovun komandası bu yarışda heç də yaxşı cıxış etmir. Belə ki, onun komandası geridə qalan 6 turdan sonra 2 xalla Hindistan komandasıyla birlikdə son iki yeri bölüşür. Maraqlıdır ki, bütün rəqibləri ilə görüşdə məğlub olan "Dünya yığması" yalnız Hinstanı məğlub etməyi bacarıb. Bu gün turnirdə 7 və 8-ci turlar oynanacaq. Rəcəbovun təmsil etdiyi komanda müvafiq olaraq, Hindistan və ABŞ-la qarşılaşacaq. Bu oyunlarda Rəcəbov Vişvanatan Anand və Xikaru Nakamurayla üzləşəcək. Sabah isə turnirdə 9-10-cu turlar olacaq. Yekunda isə iki ən yaxşı komanda finalda mübarizəni davam etdirəcək. Hazırda komandaların turnir cədvəlində vəziyyət belədir: Çin 11 xal, Avropa - 9 xal, ABŞ -7 xal, Rusiya - 5 xal, Hindistan, Dünya - hərəyə 2 xal.

İntiqam Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !