Yaşayan tarix adlı layihə - - VİDEO

Yaşayan tarix” adlı layihə - VİDEO

“Yaşayan tarix” adlı layihə 2011-ci ildən etibarən  Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən birgə  həyata keçirilir.

Bu müddət ərzundə Respublika üzrə  Böyük Vətən Müharibəsinin 435 nəfər veteranından müsahibə alınaraq, onlar  haqqında qısametrajlı videoçarxlar çəkilib.  2012-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşayan Tarix” layihəsi çərçivəsində veteranların müsahibələrindən ibarət DVD disklərin I, II, III, IV, V və VI hissələri buraxılmış və onların iştirakı ilə geniş təqdimat mərasimləri keçirilmişdir. Müsahibələr tələbələr tərəfindən alınmış, çəkiliş isə peşəkar yaradıcı heyət tərəfindən həyata keçirilmişdir.

Layihənin əsas məqsədi gənclərimizi Böyük Vətən Müharibəsinin canlı şahidi olan veteranların taleyi ilə yaxından tanış etmək, gənclərdə vətənpərvərlik ruhunu artırmaq,  Azərbaycan xalqının bu müharibədə qələbənin əldə edilməsində göstərdiyi əvəzsiz xidmətləri, xüsusi ilə, Bakı neftinin mühüm rolunu bir daha gündəmə gətirməkdir.

9 may 2020-ci il tarixdə sosial şəbəkələr üzərindən “Yaşayan tarix” adlı layihəyə start verilərək veteranlarımızın müsahibələri təqdim edilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !