Masallıda onlayn qaydada keçirilən yarışların qalibləri mükafatlandırıldı - (+FOTO=10 AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallıda onlayn qaydada keçirilən yarışların qalibləri mükafatlandırıldı (+FOTO=10 AZpress.AZ - Əlihüseyn Şükürov)

Bu gün, 9 may 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə start verilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq gənclərin asudə vaxtlarının səmərəli həyata keçirilməsi ilə əlaqədar olaraq onlayn qaydada keçirilən “Nə? Harada? Nə ? Zaman”, “Breyn rinq”, “Xəmsə” oyunları və "Foto Mən" adlı müsabqələrin qalibləri rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırıldı.

Belə ki, 13-15 aprel 2020-ci il tarixlərdə onlayn qaydada keçirilən “Nə? Harada? Nə ? Zaman” intellektual oyunu üzrə birinci yerə gənclərdən ibarət “Therion” komandası , ikinci yerə gənclərdən ibarət “Big-Bang” komandası, üçüncü yerə gənclərdən ibarət “New Graduates” komandası ”,

14-16 aprel 2020-ci il tarixlərdə fərdi onlayn qaydada keçirilən “Breyn rinq” intellektual oyunu üzrə birinci yerə Cəbiyev Şamxal Mübariz oğlu, ikinci yerə İbrahimov Qadir Rövşən oğlu, üçüncü yerə Xəlilov Murad Xaləddin oğlu ,

21-23 aprel 2020-ci il tarixlərdə fərdi onlayn qaydada keçirilən “Xəmsə” intellektual oyunu üzrə birinci yerə Cəbiyev Şamxal Mübariz oğlu, ikinci yerə Teymurlu Toğrul Ədalət oğlu , üçüncü yerə Baxşıyev Nicat Telman oğlu ,

04 aprel -04 may 2020-ci il tarixlərdə onlayn qaydadada keçirilən "Foto Mən" adlı müsabqə üzrə birinci yerə Bağırov Abı Müşfiq oğlu, ikinci yerə Zahidova Səbinə Şəmşir qızı,üçüncü yerə Kərimov Qulamhüseyn Elxan oğlu layiq görülmüşlər.

ƏLİHÜSEYN ŞÜKÜROV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !