"Tennis Kralı" Poje Federer xeyriyyəçiliyini davam etdirir - (+FOTO=3 AZpress.AZ- Intiqam Memmedov)

"Tennis Kralı" Poje Federer xeyriyyəçiliyini davam etdirir (+FOTO=3 AZpress.AZ- Intiqam Memmedov)

Dünyanın sabiq birinci, hazırda isə 3 nömrəli raketka ustası olan isveçrəli Poje Federerin öz adına olan xeyriyyə fondu səxavət torbasının ağzını yenə də açıb. Fond dünyanın qara kabusuna dönön karonavirus pandemiyasından əziyyət çəkənlərə yadrım məqsədi ilə bir milyon dollarından keçib. Bu pullar Afrikada pandemiyadan əziyyət çəkən 64 min uşağa və az təminatlı ailələrə paylanıb. Xatırladaq ki, adıçəkilən fond 2003-cü ildən etibarən fəaliyyətə başlayıb. İlk öncə fond regionların inkişafına və yerli uşaqların təhsil almasına yardım edib. 2010-cu ildən isə bsveçrəli tenis kralı tanınmış tenisçilərləŞ o cümlədən Bill Qeyslə "Afrika üçün matç" devizi altında xeyriyyə məqsədli çıxışlar edir. 2019-cu ildə isə Federer Cənubi Amerikada keçirdiyi xeyriyyə məqsədli oyunlardan eldə etdiyi 10 milyon dollar sayəsində fondun büdcəsini bir qədər də artırıb. 20 qat "Böyük Dəbilqə" qalibi olan Federer pandemiya ilə əlaqədar İsveçrədə aztəminatlı ailələrə 1 milyon İsveçrə frankı xərcləyib.

Bu arada məlum olub ki, amerikalı qadın tennisçi, dünyanın sabiq bir nömrəli raketka ustası olan Serena Uilyams da pandemiya ilə bağlı insanlara yardım edib. O, karonavirusla mübarizədə 45 min maska paylayıb.

İntiqam Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !