Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş onlayn formatda Beynəlxalq Görüş kecirildi - (+FOTO=17)

Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş onlayn formatda Beynəlxalq Görüş kecirildi (+FOTO=17)

9 may 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş gənclər təşkilatlarının onlayn formatda Beynəlxalq Görüşü baş tutdu.

Görüşün keçirilməsinin məqsədi Böyük Vətən müharibəsinin qələbəsinin müasir gəncliyə aşıladığı dəyərləri, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında gənclər təşkilatlarının rolunu müzakirə etmək və tarixi qələbənin təfərrüatlarını müharibənin şahidi və iştirakçısı olmuş veteranların dilindən eşitmək olmuşdur.

Görüşün açılış hissəsində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, Azərbaycan RespublikasınınGənclər Fondunun icraçı direktorunun müavini cənab Qədir Xəlilov, Respublika Veteranlar Təşkilatının Sədri cənab Tofiq Ağahüseynov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri xanım Məryəm Məcidova çıxış etdilər.
Açılış hissəsindən sonra Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanan Böyük vətən müharibəsinin 75 illiyinə həsr olunmuş videoklip nümayiş olundu.

Daha sonra Millət vəkili cənab Ramin Məmmədov, Millət vəkili cənab Məzahir Əfəndiyev və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə Böyük Vətən müharibəsinin qələbəsinin müasir gəncliyə aşıladığı dəyərlərvə gənclərin vətənpərvərliy ruhunda tərbiyə olunmasında gənclər təşkilatlarının rolu mövzularını əhatə edən dəyirmi masa təşkil olundu.

Dəyirmi masa zamanı Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın Böyük Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarına həsr olunmuş videoçarx nümayiş olundu.

Görüşün sonunda gənclər təşkilatların tərəfindən Qələbənin 75 illiyinə həsr olunacaq tədbirlərin təqdimatı edildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !