Gülağa Tənha - Bütün gözəlliklər xatirəyə çevrilir...

Gülağa Tənha Bütün gözəlliklər xatirəyə çevrilir...

          1990-cı ildə Azərbaycanda xaos yarandı, hava qaralandan sonra evdən çıxmaq mümkün deyildi. Çöldə dəhşət baş verirdi... O vaxt Azərbaycana yardım üçün 6 miliyon pul gətirdim, bunu görənlər məni siyasi oyunlara cəlb etmək istədilər. Belə hallara dözməyib çıxıb getdim. Rəhmətlik Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyində bütün bu baş verənlərin qarşısını alaraq səliqə səhman yaratdı. - deyir Gülağa Tənha.


          Xeyriyyəçi - şair Gülağa Tənhanın çıxışlarında, müsahibələrində açıq aşkar Heydər Əliyev şəxsiyyətinə pərəstiş etməsi görünür. Bu, sanki şərqdə bir vaxt mövcud olan döyüşçülərin öz İmperatorlarına qarşı münasibətinə, sevgisinə bənzəyir. Əfqanıstan müharibəsinin iştirakçısı Gülağa Tənha "Dünya Azərbaycanlılarının I Qurultayı" - dan sonra, məhz Heydər Əliyevin çağırışı ilə Rusiyadan Azərbaycana gəlir və silsilə xeyriyyə işləri görür.
Bu gün dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 97-ci ildönümüdür. İlk növbədə Heydər Əliyevin təfəkkürünü, məsələlərə yanaşma, iş metodikasını analiz etdikdə, sadə vətəndaşları belə heyrətləndirir. Şair Gülağa Tənha Heydər Əliyevin xatirəsinə bir neçə şeir həsr edib. Onlardan biri "Dünya öz işindədir", digər şeir isə "Dönməyir xatirən öz inadında" adlanır. Şair bu şeiri Heydər Əliyevin məzarı qarşısında yazmışdır. Tarixə böyük hərflərlə adını yazmış Heydər Əliyevin əziz xatirəsini uca tutur, dərin ehtiramla yad edirik.

p.s: Əgər bir şəxsiyyətin yaratdığı mexanizm ondan sonra da işləkdirsə demək hər şey düzgün tədbiq edilmişdir.


Ağa Mühəmməd Aman

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !