HEYDƏR ƏLİYEV: DAHİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDER adlı TƏLƏBƏ ONLAYN ESSE MÜSABİQƏSİ başa çatıb -

“HEYDƏR ƏLİYEV: DAHİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDER” adlı TƏLƏBƏ ONLAYN ESSE MÜSABİQƏSİ başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) 16 aprel 2020-ci il tarixində elan etdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” adlı tələbə onlayn esse müsabiqəsi başa çatıb. Müsabiqədə Bakı Dövlət Universitetinin 70-dən çox tələbə və magistrantı iştirak edib. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə:
• Birinci yerə -Filologiya fakültəsinin III kurs tələbəsi Nigar Əliyeva;
• İkinci yerə -Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Gülşən Qasımova;
• Üçüncü yerə-Hüquq fakültəsinin II kurs tələbəsi Lalə Həsənzadə və Şərqşünaslıq fakültəsinin II kurs magistrantı Taleh Mansurov;
• Həvəsləndirici yerə - Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Fəridə Yusibova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Məleykə Bayramlı, Jurnalistika fakültəsinin I kurs magistrantı Nigar Abbasova, Geologiya fakültəsinin II kurs magistrantı Yusif Nəbizadə, Jurnalistika fakültəsinin IV kurs tələbəsi Kənan Novruzov, Jurnalistika fakültəsinin I kurs tələbəsi Əsgər İsmayılov layiq görülüblər.
Qaliblərin esseləri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır. Qaliblər diplom və müvafiq olaraq 1-ci yer - 300 manat, 2-ci yer -250 manat, 3-cü yer (2 nəfər) -200 manat, həvəsləndirici yer (6 nəfər) - 100 manat pul mükafatı ilə təltif ediləcəkdir.
Qalibləri təbrik edirik!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !