Mina açıq-saçıq imici ilə meydan suladı - (VİDEO+FOTO=2)

Mina açıq-saçıq imici ilə meydan suladı (VİDEO+FOTO=2)

Uzun zamandır səsi-sorağı kəsilən, efirlərdən kənar gəzən müğənni Mina Hüseyn yeni fotosu ilə diqqətləri üzərinə cəmləyib.
Müğənni karantin müddətində fərqli obrazlarda ehtiraslı fotosessiyalar etdirib.
Bu fotosessiyalar isə Minanın yaxın günlərdə təqdim edəcəyi yeni layihəsinin bir hissəsidir.
M.Hüseyn çəkdirdiyi biri-birində iddialı və açıq-saçıq fotosessiyasında yer alan bir neçə şəklini sosial media hesabında izləyiciləri ilə paylaşıb.
Üzərinə güllü printlərlə bəzədilmiş çəhrayı rəngdə pencək geyinən ifaçı büstqalterdən istifadə etməyib. Pencəyin yuxarı düymələrini açıq saxlayan Mina iri sinəsini ön plana çıxarıb. O, geyim obrazını tamamlamaq üçün belinə tünd çəhrayı rəngli kəmər taxıb və qara rəngdə qısa ətək geyinib.
Mina qalmaqallı obrazını sosial media əhli tərəfindən yazılacaq mənfi və tənqid dolu rəylərdən sığortalamaq üçün şərh bölməsini bağlayıb.
Mina Hüseynin karantin günlərində artıq çəki alması da nəzərdən qaçmayıb. oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !