Toydan aldığım pulu restoranın pilləkəninə səpdim - - Mətanət İsgəndərli (VİDEO)

“Toydan aldığım pulu restoranın pilləkəninə səpdim” - Mətanət İsgəndərli (VİDEO)

Əməkdar artist Mətanət İsgəndərli "Söhbət var" verilişində qonaq olub.
Sənətçi bir dəfə toya gecikdiyinə görə pulunun kəsildiyini deyib:
"Tıxaca görə toya 1 saat gecikmişdim. Toy sahibinə dedim ki, “saat 1-ə, 2-yə kimi oxuyaram”. Gecikmişdim deyə saat 3-ə işləmişə qədər oxudum. Buna baxmayaraq alacağım pulu kəsdilər. Məni ağlamaq tutdu, əsəbimdən pulu restoranın pilləkənlərinə tulladım. Toy sahibinin vicdanı yol verməmişdi, səhəri gün pulu artıqlaması ilə çatdırmışdılar”. axşam.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !