"Elə bil pul cibimi deşir" - - Ağadadaş Ağayev

"Elə bil pul cibimi deşir" - Ağadadaş Ağayev

"Maddi dünyaya sarılmağı sevmirəm. Dünya malından özümü təcrid etmişəm. Çox pulum olanda tez dağıtmaq istəyirəm. Elə bil pul cibimi deşəcək".
Bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Ay Zaur" verilişində deyib. Müğənni bədxərc olmasından bəhs edib:
"Bir ərəfə hər gün toya gedib, çox yaxşı pul qazandım. Pulun üstünə pul qoyurdum, maraq yarandı. Başladım pul yığmağa. Amma sonra ayıldım, başladım onu xərcləməyə.
Sənətdə mənim qədər şanslı ifaçı olmayıb. Elə məşhur oldum ki... Bunu özüm də gözləmirdim. Allahın bir payı olub mənə. Gərək həm pulu, həm şöhrəti daşıyasan, həm də xalqın sevimlisi olasan.
Normal həyat yaşamamışam. 27-28 il özümü dünyanın bütün nemətindən məhrum etmişəm. Ansamblım oturub kabab yeyirdi, mən soyutma toyuq. Deyirdim, yesəm, oxuya bilmərəm".
Övladlarından söz açan A.Ağayev şəxsi həyatından bəhs edib:
"Beş övladım var: dörd oğul, bir qız. Oğullarımdan biri subaydı. Hamısı vəzifə sahibidir. Tövbə etmişəm ki, onların ailə qurmasına qarışmayacam. Hamısının öz seçimidir. Uğurlusu da, uğursuzu da oldu. Yalnız birinin ailə həyatı yolunda getmir. Bütün insanlara arzulayıram ki, Allah bir evlilik nəsib etsin.
Bizim duyğularımızla evləndiyimiz qadının duyğuları fərqlidirsə, o, ailə davam edə bilməz. İstedadlı adamlar kaprizli olur. Hər kəs onun nazıyla oynamalıdır". axsam.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !