"Özümü səkkizinci mərtəbədən atmaq istəyirdim" - - Tünzalə VİDEO

"Özümü səkkizinci mərtəbədən atmaq istəyirdim" - Tünzalə VİDEO

"Niyə bu illərimi itirdim? Çox heyif... Şarmım, gözəlliyim, hər şeyim köklüyümlə getdi. Elə bil insanların, televiziyaların mənə olan ehtiyacı onunla bitdi".
Bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Söhbət var" verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa yaşadıqlarından bəhs edib. O, arıqlamaq üçün əziyyət çəkməsinə peşman olduğunu etiraf edib:
"Bəzi məqamlar var ki, insanın yaddaşından heç vaxt getmir. Saçlarımı qısa kəsdirdim və hörük etdirdim. Dedilər üç-dörd gün gedəcək. Səhər durdum ki, hörüklər yastığımdadır. Yoldaşıma dedim ki, keçəl olsam pis olmazsan? Dedi yox. Getdim kimyaterapiya aldım, qayıdanda gördüm ki, Röyal başını keçəl edib. Qızım üç gün depressiyaya düşdü. Hər gün soruşurdu ki, saçınız hanı? Ağır bir dönəmlərdən keçdim. Səkkizinci mərtəbədə yaşayıram, çıxırdım eyvana ki, özümü atım. Deyirdim, at özünü, bəsdir... Ayağımı qaldırırdım, sonra qışqırırdım ki, Röyal gəl ayağımı aşağı sal. Çünki ayağımı aşağı salmaq gücündə deyildim". axsam.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !