Taekvondoçuların mösümü payızda başlaya bilər - (AZpress.AZ- Intiqam Memmedov)

Taekvondoçuların mösümü payızda başlaya bilər (AZpress.AZ- Intiqam Memmedov)

Ümumdünya Taekvondo Federasiyası koronovirus pandemiyası üzündən təxire salınan beynəlxalq turnirlərə bu ilin payızında start verməyi düşünür. Maraqlıdır ki, təşkilat ilin əvvəlindən nəzərdə tutulan bəzi yarışların vaxtını dəyişmədən olduğu kimi saxlayıb. Belə yarışlardan biri Olimpiadaya lisenziya xalı verən Qran-Prinin finalıdır. Həmin turnir 28-29 noyabr günlərində Meksikada təşkil ediləcək. Elə həmin məkanda və həmin vaxtda qurumin Baş Assambleyası da keçiriləcək. Vaxtı dəyişməyən daha bir yarış - gənclərin dünya çempionatı isə 14-18 oktyabrda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

İntiqam Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !