Teymur Rəcəbov birinci lövhədə 5-ci olub - (+FOTO=2 AZpress.AZ- Intiqam Memmedov)

Teymur Rəcəbov birinci lövhədə 5-ci olub (+FOTO=2 AZpress.AZ- Intiqam Memmedov)

FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) rapid şahmat üzrə 6 komanda arasında onlayn keçirdiyi və mükafat fondu 180 min dollar təşkil edən Millətlər Kuboku (FIDE Chess.com Nations Cup) yarışı başa çatıb. İki dörədən ibarət olmaqla dairəvi sistem üzrə keçirilən turnirdə ABŞ, Rusiya, Çin, Hindistan, eləcə də Avropa və Dünya yığması mübarizə aparıb. Xəbər verdiyimiz kimi, bəlli turnirdə Azərbaycanın bir nömrəli şahmatçısı, Dünya Kubokunun hazırki qalibi Teymur Rəcəbov da iştirak edib. O, Dünya yığmasının şərəfini qoruyub. Təəssüflər olsun ki, həmyerlimizin komandası 10 turdan cəmi 4 xal toplamaqla sonuncu yeri tutub. Bütün oyunlarını 1-ci lövhədə keçirən Rəcəbov özü isə 3,5 xalla 5-ci sırada qərarlaşıb. O, yalnız rusiyalı Yan Nepomniyaşini (2 xal) qabaqlaya bilib. 1-ci ləvhədə çıxış edən digər şahmatçılara gəlincə, çinli Din Lijen, avropalı Maksim Başye-Lqrav və amerikalı Xikaru Nakamura hərəyə 5,5, hindistanlı sabiq dünya çempionu Vişi Anand isə 5 xal toplayıb. Ümimiyyətlə isə, turnirin qrup mərhələsində çinli Yu Yanqla amerikalı Fabiano Karuana daha çox xal toplayıb - hərəyə 6,5 xal. Turnirin qalibi adını Çin yığması qazanıb.
Xatırladaq ki, reqlamentə uyğun olaraq, qrup mərhələsində ən çox xal toplayuan iki komanda - Çin (17 xal) və ABŞ (13 XAL) finalda qarşılaşıb. Görüş 2:2 hesabla bitsə də, çinlilər əlavə əmsallara görə qalib elan edilib.
Qrup mərhələsində yekun turnir cədvəli belə olub: 1. Çin- 17 xal, 2. ABŞ - 13 xal, 3. Avropa - 13 xal, 4. Rusiya - 8 xal, 5. Hindistan - 5 xal, 6. Dünya yığması - 4 xal.

İntiqam Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !