2020/2021-ci tədris ilində ADDA-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə! -

2020/2021-ci tədris ilində ADDA-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

2020/2021-ci tədris ili üçün abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may-5 iyun tarixi aralığında Dövlət İmtahan Mərkəzinin rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyyə edilmişdir.

Bunu nəzərə alaraq ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul XÜSUSI TIBBI YOXLAMA APARILMADAN KEÇIRILƏCƏKDIR.

Tələbə adını qazanmış abituriyentlər  yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı ADDA-ya təqdim etməlidirlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !