Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb - - FOTO

Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb - FOTO

Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb. Məqsəd, yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada əlçatanlığının təmin olunmasıdır.

Layihənin icrası zamanı həyata keçiriləcək dəyişikliklər:

- “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq;

- Yeni “cib” tipli parklanma yerləri yaradılacaq;

- Eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq;

- Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək;

- Avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaq;

- Ziya Bünyadov prospekti ilə kəsişmədə dairə ləğv edilərək, “Çermet körpüsü”nün altında hərəkət bir istiqamətli təşkil ediləcək. Bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !