Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2 beynəlxalq tədbir -

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2 beynəlxalq tədbir

Bu gün “World Net Summit” onlayn konfransının növbəti tədbirləri – “Baku E-Trade Forum” və “Maintech Forum” baş tutacaq.

“Baku E-Trade Forum” fazası 16:30-18:00 saatları aralığında “GOAL”un təsisçisi və prezidenti Leyla Bağırzadənin moderatorluğu ilə keçiriləcək. Spiker qismində Ümumdünya Ticarət Təşkilatının marketinq və texnologiya mütəxəssisi Blanca Zutta, Sənəd Mübadiləsi Şəbəkəsinin icraçı direktoru Uolter Trezek, “Joresco” şirkətinin idarə heyətinin sədri Jan Hittel, “EY”ın qlobal bankçılıq və kapital bazarlarının yenidən qurulması üzrə rəhbəri Ajay Raval, “EY”in Mərkəzi, Şərqi və Cənubi Avropa regionu üzrə hökumət və ictimai sektoru üzrə rəhbəri Linas Dicpetris və “Sorbonne Economics” şirkətinin direktoru Vladimir Abramiçev çıxış edəcəklər.

“Maintech Forum” isə 19:30 – 21:00 saatlarında təşkil olunacaq. Dr. Aydın Hüseynovun moderatorluğu ilə baş tutacaq fazada spikerlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, “Asan Xidmət”in sədr məsləhətçisi Azər Bayramov, “Logix” şirkətinin idarə heyətinin sədri Sakit Səmədov, “Keepface” şirkətinin həmtəsisçisi Vaqif Abbasov, “Pickvisa.com”un təsisçisi Baba Ağayev, “Paym.es” şirkətinin həmtəsisçisi Həsən Cabbarov, “Sumaks”ın həmtəsisçisi Cavid Məmmədov və “Buglance”ın təsisçisi Toğrul Səməd olacaq.

Tədbirlər “Facebook” sosial şəbəkəsi və “Youtube” üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir.

Digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında (https://worldnetsummit.com/home) qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !