"İstedadların idarə edilməsi" mövzusunda vebinar-təlim keçiriləcək. -

"İstedadların idarə edilməsi" mövzusunda vebinar-təlim keçiriləcək.

 Azərbaycanın HR sahəsində fəaliyyət göstərən “Opalus Partners” şirkəti 22,22,24 may 2020-ci il tarixlərində üç günlük "İstedadların idarə edilməsi" mövzusunda vebinar-təlim keçirəcək. Təlim beynəlxalq şirkətlərdə insan resurslarının idarə edilməsi sahəsində 20 illik təcrübəyə malik yüksəkixtisaslı mütəxəssis Çimnaz Qasımova tərəfindən aparılacaq.
“İstedadların idarə edilməsi" mövzusunda doqquz saatlıq vebinar-təlimdə təşkilatlarda əməkdaşların qiymətləndirilməsi və inkişafı üçün sistemin yaradılması, karyera idarəetməsi sahələrində müasir yanaşmalar, bacarıqların və brendin idarə edilməsi kimi müxtəlif mövzulara toxunulacaq. Eyni zamanda, təlimdə dünyanın ən yaxşı təcrübələri haqqında ətraflı məlumat verilərək. Bu isə təlim iştirakçılarına insan resurslarının idarə edilməsi prosesini hərtərəfli dərk etməyə imkan verəcək.
Təlimdə iştirak etmək istəyən şəxslər bu linkə https://azizanadirzade.typeform.com/to/VdUl9w daxil olaraq qeydiyyat formasını doldura bilərlər. Qeyd edək ki, təlim Zoom platformasında keçiriləcək. İştirakınız təsdiqləndikdən sonra, təlimin keçiriləcəyi link sizə göndəriləcək. Ətraflı məlumat üçün (077)466 96 96 nömrəsi və ya anadirzade@opaluspartners.com elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlamaq mümkündür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !