İnvaziv kardioloqlar əməkdar jurnalistin həyatını xilas etdilər -

İnvaziv kardioloqlar əməkdar jurnalistin həyatını xilas etdilər

 Tahir Aydınoğlu bizi həm qorxutdu, həm də həyat uğrunda mübarizədə iradəsini, dözümünü nümayiş etdirdi.Əziz qardaşımıza, peşəkar dostumuza can sağlığı diləyir, onu xilas edən həkimlərə, tibb işçilərinə Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisi adından minnətdarlığımı bildirirəm!

Məzahir Sülüymanzadə

Əməkdar jurnalist, “Xalq qəzeti”nin məsul redaktoru, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Tahir Aydınoğlu mayın 12-də gecəyarı kəskin ürək tuması, infarktqabağı sindrom əlaməti ilə 6 nömrəli şəhər klinikasına qəbul edilmidir. Səhər saatlarında “Avrasiya” klinikasında aparılan operativ angioqrafiya müayinəsi ilə ürəyin 2 tac darlarınının tam tutulması müəyyən edilmişdir. Klinikada jurnalistin ürəyinin həmin nöqtələrində infarktın qarşısının alınması üçün təcili həmin damarlara stent qoyulması məslətət görülmüşdür.

“Xalq qəzeti” redaksiyaı əməkdaşlarının və jurnalistin həkim dostlarıın köməyi ilə “Uzmanlar” klinikasının invaziv kardioloqu, bu shədə ölkənin ən təcrübəli mütəxəssislərindən biri Samir Abbasovun rəhbərliyi ilə təcili əməliyyat təşkil olumuş və uğurla keşirilmiş, Əməkdar jurnalist ölümün pəncəsindən xilas edilmişdir.

Tahir Aydınoğlu əməliyyatdan sonra özünü yaxşı yaxşı hiss edir. Həmkarımız Samir Abbasov başda olmaqla, invaziv həkim Vüsal Sayılova, tibb bacıları Şölə Yarışovaya, Sara Zalovaya, Rəfiqə Aslanovaya və sanitar Cəmil Məmmədova minnətdarlığını çatdırmağı xahiş etdi. Tahir Aydınoğlu əlavə etdi ki, xüsusi karantin şəraitində qeyd edilən tibb heyəti təcili toplaşaraq onu böhranlı vəziyyətdən çıxarmasa idi, vəziyyət faciəli sonluqla bitə bilərdi.

Ölkənin tanınmış jurnalistinin həyatını xilas etdiklərinə görə onun həmkarları da Samir Abbasovun və heyət üzvlərinin fadakarlığını xüsusi hal kimi dəyərləndirir, onlara səmimi təşəkkürlərini bildirirlər.

Məzahir Sülüymanzadə,

Ahıl Jurnalistlər Məclisinin sədri

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !