CƏSUR SƏRKƏRDƏNİN ANIM GÜNÜ - +FOTO+10 (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

CƏSUR SƏRKƏRDƏNİN ANIM GÜNÜ +FOTO+10 (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Bu gün Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri, general-mayor Fikrət Seyfulla oğlu Məmmədovun faciəli vəfatından 18 il keçir. Azprss.AZ xəbər verir ki, 1961-ci ildə Lənkəranda dünyaya göz açan F.Məmmədov uşaq yaşlarından babası və atası kimi hərbçi olmaq arzusu ilə yaşayıb.
Şəhər 4 saylı orta məktəbi bitirdikdən sonra 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul  olunub.
 
1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı tağım komandiri və desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən F.Məmmədov təhsilini daha sonra Moskvada Frunze adına Hərbi Akademiyada davam etdirib.
Gənc komandir 1993-cü ildən müstəqil Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb. N saylı briqadada qərargah rəisi vəzifəsində çalışan F.Məmmədov az sonra briqada komandiri təyin olunub. 1995-ci ildə F.Məmmədov artıq Birinci Ordu Korpusunun qərargah rəisi, 1998-ci ilin mayında isə general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb.
“Qırmızı Uldiz”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medallarla təltif olunan Fikrət Məmmədov 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasına düşərək faciəli surətdə həlak olub.
 
Lənkəran şəhərinin mərkəzi küçələrindən birinə general Fikrət Məmmədovun adı verilib. Oxuduğu şəhər 4 saylı orta məktəbin foyesində büstü qoyulub, doğulduğu evə isə xatirə lövhəsi vurulub.
Allah rəhmət eləsin.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !