ARB TV-nin canlı yayımında dava: Elza Seyidcahan efiri tərk etdi - -VİDEO

ARB TV-nin canlı yayımında dava: Elza Seyidcahan efiri tərk etdi -VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu verilişdə qalmaqal yaşayaraq, canlı efiri tərk edib.
ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişində aparıcı Pərvanə Tahirqızı ilə onun sözləri çəp gəlib.
Pərvanənin “Elə Hollivud ulduzları var ki, onlar başlarına şamdan qoyurlar. Elza xanım da bu imicini kimdənsə götürüb” sözlərinə Əməkdar artist sərt reaksiya verib:
“Biz anadan olandan beləyik. Mənim vikipediya məlumatlarımı oxumusunuz? Əgər oxusaydınız, məndən xəbəriniz olardı”.
Verilişin aparıcısının “Az yaşım yoxdur. 32 yaşım var. Bu imicdə sizi əvvəllər heç görməmişəm” şərhi E.Seyidcahanın səbrini daşırıb.
Müğənni “Yəqin, sən məni heç görməmisən. Görsəydin, belə danışmazdın” deyib və bacısı Rasimə ilə birlikdə proqramı tərk edib.
oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !