Nazirliyin dəstəyi ilə keçirilmiş onlayn konfransı 26 ölkədən 40 mindən artıq insan izləyib -

Nazirliyin dəstəyi ilə keçirilmiş onlayn konfransı 26 ölkədən 40 mindən artıq insan izləyib

“World Net Summit” beynəlxalq onlayn konfrans başa çatıb.

İctimaiyyətin böyük marağına səbəb olan konfransı ümumilikdə 26 ölkədən 40 mindən artıq insan izləyib.

“World Net Summit” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə 11-15 may tarixlərində təşkil edilib.

Konfrans çərçivəsində “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum” və “Influencer Summit” olmaqla 8 böyük tədbir keçirilib.

“World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı baş tutub.

Qeyd edək ki, tədbirlər “Facebook” sosial şəbəkəsi və “Youtube” üzərindən canlı yayımlanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !