DSX-nin daha iki polkovniki həbs olundu -

DSX-nin daha iki polkovniki həbs olundu

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.
Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs qətimkan tədbiri seçilib.
E.Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli mqidarda rüşvət almada) X. Quliyev isə 312.2-ci (rüşvət vermə) ittiham olunur.
Bakı Hərbi Məhkəməsində general da daxil olmaqla, hər üç şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 15-də imzaladığı sərəncamla Ə.Nağıyev vəzifəsindən azad edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !