Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi mövzusunda onlayn mühazirə keçəcəkdir -

“Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçəcəkdir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin ““Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya üzrə fəlsəfə doktoru

Ataş V. Qurbanov

22 may 2020-ci il saat 15:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçəcəkdir.

Virtual mühazirədə iştirak etmək istəyən şəxslərin 21 may 2020-ci il saat 17:00-dək  eshukurov@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !