Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib - (+FOTO=5)

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib (+FOTO=5)

Mayın 14-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. İnstitutun direktoru, akademik İradə Hüseynovanın sədrliyi ilə baş tutan iclasda pandemiya və postpandemiya dövründə həyata küçirilən bir sıra məsələlər müzakirə edilib. İ.Hüseynova bildirib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili, iqtisadi aktivliyin təmin olunması istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 4 may 2020-ci il tarixli Sərəncamına əsasən İnstitutda işçilərin fəaliyyəti qismən bərpa olunub. Belə ki, yaşı 65-dən aşağı olan, gündəlik işə çıxmaları vacib əməkdaşların sayı müəyyənləşdirilərək onların adları “icaze.e-gov.az” portalına yerləşdirilib. Pandemiya dövründə İnstitut əməkdaşlarının fəaliyyəti, yerinə yetirdikləri işlər barədə məlumat verən akademik İ.Hüseynova müəssisə əməkdaşları tərəfindən KORONAVİRUS və POST-KORONAVİRUS dövründə görüləcək elmi tədqiqat işləri barədə təkliflərin hazırlanaraq Biologiya və Tibb Elmləri Bölməsinə təqdim olunduğunu diqqətə çatdırıb. O, COVID-19 virusuna qarşı vaksin hazırlanması prosesinə dünyada tanınmış mütəxəssislərlə yanaşı hal-hazırda xarıcdə fəaliyyət göstərən alimlərimiz – AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun, professor Vidadi Yusibovun da cəlb olunmasını qürurverici hal kimi qeyd edib. İclasa onlayn qoşulan institutun beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasının müdiri, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov rəhbərlik etdiyi qrup tərəfindən yeni koronovirusa qarsı effektiv vaksin hazırlanması istiqamətində görülən işlər barəsində məlumat verib. O bildirib ki, əldə olunan nəticələr əsasnda patent almaq üçün 30 aprel 2020-ci il tarixində ABŞ Patent və Ticarət Ofisinə müraciət olunub. AMEA-nın müxbir üzvləri Novruz Quliyev və İlham Şahmuradov Azərbaycanda koronavirusa yoluxmanın nəzarətdə saxlanılması və onun qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirilməsini və çoxşaxəli qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini vurğulayıblar. Daha sonra Təhsil şöbəsinin müdiri, b.ü.f.d. dos. Samirə Rüstəmova bu il magistraturanı bitirən II kurs magistrantların dissertasiya işlərinin hazırlıq vəziyyəti barədə məlumat verib. İclasda digər təşkilati məsələlər də müzakirə olunub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !