MBBİ-nin gənc mütəxəssisi Belçika doktoranturasına qəbul olub -

MBBİ-nin gənc mütəxəssisi Belçika doktoranturasına qəbul olub

MBBİ-nin gənc mütəxəssisi Belçika Krallığının Gent Universitetinin
doktoranturasına qəbul olub

MBBİ-nin magistraturasının məzunu, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə SadıqovaBelçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub. Onun Gent Universitetinin Tətbiqi in vitro Bitki Biotexnologiyası laboratotiyasında “Bitkilərdə kök və meristem hüceyrələrin in vitro regenerasiyası üçün yeni üsullar” mövzusunda tədqiqat işi aparması planlaşdırılıb.

E. Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !