KTN-in dəstəyi ilə müasir laboratoriyaların qurulması prosesi davam edir - - FOTO

KTN-in dəstəyi ilə müasir laboratoriyaların qurulması prosesi davam edir - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda müasir laboratoriyaların qurulması prosesi davam edir. Ən müasir avadanlıqlarla təchiz olunmuş “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyasında yüksək keyfiyyətli analizlər aparılır. Bundan başqa institutda “İribuynuzlu qaramal və atların yetişdirilməsi və seleksiyası”, “Qoyunların və keçilərin yetişdirilməsi, çoxaldılması və seleksiyası”, “Kənd təsərrüfatı quşlarının yetişdirilməsi, çoxaldılması və seleksiyası”, “Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi”, “Baramaçılıq” və “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyaları fəaliyyət göstərir. Fermerlər instituta müraciət edərək bu laboratoriyaların imkanlarından istifadə edə bilər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !